Çərşənbə, 21 Oktyabr, 2026
Tarix: 21 Oct 2026 21:43
İran ABŞ ilə diplomatik danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində paylaşım edib.
Nazir bildirib ki, Tehran Vaşinqtonun etimadın bərpasına və ədalətli razılaşmanın əldə olunmasına səmimi yanaşdığına dair ciddi sübutlar görəcəyi təqdirdə diplomatiyaya yenidən şans verməyə hazırdır.
“ABŞ-nin etimad yaratmaq və ədalətli həllə nail olmaq istəyinin səmimi olduğuna dair güclü sübutlar görsək, İran diplomatiyaya yenidən şans verməyə hazırdır”, – Əraqçi vurğulayıb.
İran XİN rəhbəri ABŞ-ni hərbi qarşıdurma yolunu seçməməyə çağırıb.
Onun sözlərinə görə, Vaşinqton diplomatiya əvəzinə müharibəyə üstünlük verərsə, bu, ABŞ üçün əvvəlkilərdən daha böyük miqyasda növbəti strateji məğlubiyyətlə nəticələnəcək.
Haşim Rahimi İran ABŞ Abbas Əraqçi diplomatiya danışıqlar hərbi qarşıdurma strateji məğlubiyyət Tehran Vaşinqton
Mənbə: apa.az