Çərşənbə, 21 Oktyabr, 2026
Tarix: 21 Oct 2026 19:36
Azərbaycan BMT-nin qlobal gündəliyinin həyata keçirilməsinə töhfə verir.
APA xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT-nin yaranmasının 81-ci ildönümü və BMT Nizamnaməsinin ratifikasiyasına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
“Biz Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqindən tutmuş rəqəmsal innovasiyaların inkişafına, qadınların və gənclərin səlahiyyətlərinin artırılmasına, o cümlədən humanitar səylərə, mina əməliyyatlarına töhfə verməyə qədər BMT-nin qlobal gündəliyi ilə uyğunlaşmanı davam etdiririk”, - nazir müavini deyib.
Rəfiyev qeyd edib ki, Azərbaycan çoxtərəfli diplomatiyanın təməl daşı kimi BMT-ni görür və təşkilatın fəal və məsuliyyətli üzvü olmaqdan qürur duyur.
“Azərbaycan həmişə hesab edir ki, əsl tərəqqinin kökündə tolerantlıq və insanlar arasında əlaqə dayanır. Mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etmək bizim üçün sadəcə xarici siyasət deyil, mədəni strukturumuza dərindən kök salmış həyat tərzidir”, – nazir müavini vurğulayıb.
O, həmçinin BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisinə əməkdaşlığa və tərəfdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə görə təşəkkür edib.
İlqar Xudiyev Azərbaycan BMT qlobal gündəlik BMT-nin yaranmasının 81-ci ildönümü
Mənbə: apa.az