Bəşir Bünyadov küçəsində təmirlə bağlı hərəkət tam məhdudlaşdırılacaq

Bəşir Bünyadov küçəsində təmirlə bağlı hərəkət tam məhdudlaşdırılacaq

Tarix: 21 Oct 2026 17:06

Sabunçu rayonunda Bəşir Bünyadov küçəsinin Koroğlu metro stansiyasından (Piramida tərəf) Heydər Əliyev prospektinədək olan hissəsində və Bakıxanov qəsəbəsi istiqamətində təmir işləri aparılacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Belə ki, nəqliyyat vasitələrinin hərəkəti oktyabrın 21-də saat 23:00-dan oktyabrın 22-də saat 08:00-dək, oktyabrın 22-də saat 23:00-dan oktyabrın 23-də saat 08:00-dək, həmçinin oktyabrın 23-də saat 23:00-dan oktyabrın 24-də saat 08:00-dək tam məhdudlaşdırılacaq.

“Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”, - məlumatda qeyd olunur.

Emil İsmayılov AAYDA yol təmiri

Mənbə: apa.az

Xəbər Lenti