Çərşənbə, 21 Oktyabr, 2026
Tarix: 21 Oct 2026 15:51
İqtisadiyyat nazirinin müavini Anar Axundov Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Frano Matuşiç ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Azərbaycan və Xorvatiya arasında ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət və investisiya tərəfdaşlığının gücləndirilməsinin önəmi vurğulanıb. Enerji, sənaye, kənd təsərrüfatı, əczaçılıq və nəqliyyat-logistika sahələrində birgə fəaliyyətin inkişafı üçün geniş potensial qeyd olunub.
Xorvatiya şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirakı imkanları müzakirə olunub.
Tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi və biznes dairələri arasında işbirliyinin genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
İlahə Səlimova Xorvatiya Azərbaycan şirkətlər layihələr
Mənbə: apa.az