Kobaxidze: Azərbaycanla sərhədin delimitasiyası prosesində irəliləyişə ümid edirik

Kobaxidze: Azərbaycanla sərhədin delimitasiyası prosesində irəliləyişə ümid edirik

Tarix: 21 Oct 2026 14:49

“Gürcüstan üçün həm Azərbaycan, həm də Ermənistanla sərhədlərin delimitasiya və demorkasiyası böyük əhəmiyyət kəsb edən məsələlərdən biridir”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Azərbaycan və Ermənistan tərəfi ilə daimi dialoq aparılır.

“Azərbaycan və Ermənistanla aparılan müzakirələrdə bu prosesin fəal şəkildə davam etdirilməsi barədə qarşılıqlı anlaşma əldə olunub. Ümid edirik ki, bu istiqamətdə ciddi irəliləyiş əldə edəcəyik. Hazırda fəal iş aparılır”, – deyə Baş nazir əlavə edib.

Cəmilə Babayeva

Mənbə: apa.az

Xəbər Lenti