Nigeriyada Ebolaya ilk yoluxma qeydə alınıb

Nigeriyada Ebolaya ilk yoluxma qeydə alınıb

Tarix: 21 Oct 2026 15:16

Nigeriyada son on ildən artıq müddətdə Ebola virusuna ilk yoluxma halı qeydə alınıb.

“Reuters” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumatda bildirilib.

Bununla ölkə Konqo Demokratik Respublikasında başlayan və Afrikanın digər ölkələrinə yayılan epidemiya ilə əlaqəli yoluxma aşkarlanan beşinci ölkə olub.

Məlumata görə, xəstəliyə yoluxan qadın Uqandaya səyahətdən qayıtdıqdan sonra onda xəstəliyin simtomları başlayıb.

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (Africa CDC) baş direktoru Jan Kaseya X sosial şəbəkəsində bildirib ki, Ebola epidemiyasının Afrikanın üç regionuna yayılması təcili tədbirlər və yüksək səviyyədə siyasi rəhbərlik tələb edir.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin oktyabrın 20-nə olan məlumatına görə, Konqo Demokratik Respublikasında 4 602, Keniyada isə 1 nəfər olmaqla, ümumilikdə 4 605 ölüm qeydə alınıb. Uqanda və Fransada da bu epidemiya ilə əlaqəli yoluxma halları aşkarlanıb.

İlqar Xudiyev Ebola Nigeriya Afrika

Mənbə: apa.az

Xəbər Lenti