Çərşənbə, 21 Oktyabr, 2026
Tarix: 21 Oct 2026 13:49
Oktyabrın 21-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcud çağırışlar və onların həlli yolları barədə fikir mübadiləsi aparıblar.
Söhbət əsnasında Şimali Makedoniya Prezidentinin Azərbaycana rəsmi səfəri məmnunluqla xatırlanıb, səfərin ölkələrimiz arasında dostluq və qarşılıqlı anlaşma münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyi qeyd olunub.
Dövlət başçıları Azərbaycan ilə Şimali Makedoniya arasında enerji sahəsində əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi barədə razılığa gəliblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikası Prezident Qordana Silyanovska-Davkova
Mənbə: apa.az