Çərşənbə, 21 Oktyabr, 2026
Tarix: 21 Oct 2026 13:16
Ukraynada atəşkəsə nail olmaq üçün zəmin var.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Rusiya prezidenti Vladimir Putinlə görüşdə bildirib.
Onun sözlərinə görə, Ukrayna və Avropa nümayəndələri ilə Oslo danışıqları konstruktiv keçib və irəliləyiş əldə edilir.
Uitkoff Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların bərpa olunmasına ümid etdiyini söyləyib.
O, Rusiya liderinin bu ehtimalı nəzərdən keçirəcəyinə ümid etdiyini bildirib.
Fərid ƏkbərovMənbə: apa.az