Çərşənbə, 21 Oktyabr, 2026
Tarix: 21 Oct 2026 12:33
XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 7 gün ərzində 300-dən çox müxtəlif səpkili tədbirlər keçiriləcək
APA xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, tədbirlər, əsasən, yerli və xarici yazarlarla görüşlərin keçirilməsi istiqamətində olacaq.
“Lakin bununla yanaşı, həm də müxtəlif mövzulara həsr olunmuş, xüsusilə də ədəbiyyatın təbliği, təqdimatı mövzusunda yerli və beynəlxalq səviyyəli tədbirlər, konfranslar da keçiriləcək”.
Fərid Cəfərov əlavə edib ki, nəşriyyatlar arasında işgüzar görüşlərin keçirilməsi üçün də sərgidə xüsusi guşə ayrılıb.
“İştirak baxımından əvvəlki illərə nisbətən ən yüksək rəqəmlərin olduğunu deyə bilərik. Yerli iştirakçılar sırasında 148 nəşriyyat və təşkilat stendlə təmsil olunur. Bununla yanaşı, beynəlxalq təşkilatların sayında da artım müşahidə olunur. Belə ki, 32 ölkədən 59 nəşriyyat və təşkilat kitab sərgisində iştirak edir”.
İlkin Naib Fərid Cəfərov sərgiMənbə: apa.az