Rubio: ABŞ-ın yardımı olmasaydı, Ukrayna bu gün mövcud olmazdı

Rubio: ABŞ-ın yardımı olmasaydı, Ukrayna bu gün mövcud olmazdı

Tarix: 21 Oct 2026 11:16

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun göstərdiyi dəstək olmasaydı, Ukraynanın suveren dövlət kimi mövcud olmayacağını bildirib.

Bu barədə "Anadolu" məlumat yayıb.

“Əgər ABŞ-ın, o cümlədən Tramp administrasiyası dövründə göstərdiyi yardım olmasaydı, Ukrayna suveren dövlət kimi mövcud olmazdı”, – Rubio deyib.

ABŞ dövlət katibi vurğulayıb ki, Vaşinqton Co Bayden administrasiyasından başlayaraq hazırkı Tramp administrasiyası dövrünədək Ukraynaya milyardlarla dollar yardım ayırıb.

İlqar Xudiyev ABŞ Ukrayna Rubio

Mənbə: apa.az

Xəbər Lenti