Samvel Karapetyanın tərəfdarlarının evində axtarış aparılır, 14 nəfər saxlanılıb

Samvel Karapetyanın tərəfdarlarının evində axtarış aparılır, 14 nəfər saxlanılıb

Tarix: 21 Oct 2026 10:33

Ermənistanda Stepanavan şəhərində keçirilən axtarışlar zamanı 14 nəfər saxlanılıb.

Bu barədə "News-Armenia" Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə istinadən məlumat yayıb.

Komitədən bildirilib ki, şəhərdə aparılan axtarış və digər istintaq tədbirləri araşdırılan cinayət işi çərçivəsində həyata keçirilib.

Qeyd olunub ki, istintaq orqanı zərurət yaranacağı təqdirdə, əlavə məlumat təqdim edəcək.

Saxlanılan şəxslərin “Güclü Ermənistan” partiyasının yerli ofisində aparılan axtarışlarla əlaqəsinin olub-olmadığı barədə Komitə əlavə məlumat verməyib.

Bundan əvvəl “Güclü Ermənistan” fraksiyasının deputatı Andranik Gevorgyan Stepanavanda partiya tərəfdarlarının kütləvi şəkildə saxlanıldığını və evlərdə, eləcə də partiyanın yerli ofisində axtarışların aparıldığını açıqlamışdı.

Saxlanılmalar 25 oktyabrda Stepanavanda keçiriləcək yerli özünüidarəetmə seçkiləri ərəfəsində baş verib. “Güclü Ermənistan” bu seçkilərdə Stepanavanda merliyə namizəd irəli sürüb.

İlqar Xudiyev Ermənistan Stepanavanda həbslər “Güclü Ermənistan” partiyası

Mənbə: apa.az

Xəbər Lenti