Çərşənbə, 21 Oktyabr, 2026
Tarix: 21 Oct 2026 10:45
Azərbaycan üzrə Aİ Biznes Mühiti Hesabatı 2025/2026 çərçivəsində keçirilən sorğuda iştirak edən şirkətlərin 19%-i Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına, eləcə də Naxçıvana artıq investisiya yatırdığını bildirib.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan–Avropa İttifaqı Biznes Forumunun komanda rəhbəri Aytən Axundova hesabatın təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, ötənilki sorğuda Qarabağ və Şərqi Zəngəzura investisiya yatıran şirkətlərin payı 8% olub.
Hazırda respondentlərin 30%-i bu regionlara investisiya qoymağa hazır olduğunu və əlverişli imkanlar gözlədiyini bildirib.
Ən cəlbedici istiqamətlər nəqliyyat infrastrukturu, alternativ enerji və yaşıl layihələr, tikinti, konsaltinq, kənd təsərrüfatı və informasiya-kommunikasiya texnologiyalarıdır.
A. Axundova qeyd edib ki, builki sorğuya Naxçıvan da daxil edildiyindən nəticələrin ötən illə müqayisəsində bu fərq nəzərə alınmalıdır.
Rahim Tarıverdiyev Azərbaycan Qarabağ Naxçıvan Avropa İttifaqı Biznes ForumMənbə: apa.az