Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni külli miqdarda dələduzluq ittihamı ilə həbs olunub

Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni külli miqdarda dələduzluq ittihamı ilə həbs olunub

Tarix: 21 Oct 2026 10:30

Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib.

APA-nın əldə etdiyi xəbərə görə, bununla bağlı Nəsimi Rayon Məhkəməsində qərar qəbul edilib.

Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham irəli sürülüb.

Emin Şirvanzadə Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni külli miqdarda dələduzluq ittiham həbs

Mənbə: apa.az

Xəbər Lenti