Uşakov: Putin bu gün Sankt-Peterburqda Uitkoffu qəbul edəcək

Uşakov: Putin bu gün Sankt-Peterburqda Uitkoffu qəbul edəcək

Tarix: 21 Oct 2026 10:47

Rusiya prezidenti Vladimir Putin bu gün Sankt-Peterburqda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edəcək.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

O qeyd edib ki, Putinin Uitkoffla görüşü günün birinci yarısında baş tutacaq.

Uşakov vurğulayıb ki, Putinin Uitkoffla danışıqlarının əsas mövzusu Ukrayna münaqişəsi olacaq.

Qeyd edək ki, Uitkoff Sankt-Peterburqa səfər edib. Onu Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb. Onlar birlikdə danışıqların keçiriləcəyi Konstantinov sarayına gəliblər.

Fərid Əkbərov

Mənbə: apa.az

Xəbər Lenti