Avropa İnvestisiya Bankı Naxçıvan dəmir yolu layihəsinə investisiya imkanlarını araşdırır

Avropa İnvestisiya Bankı Naxçıvan dəmir yolu layihəsinə investisiya imkanlarını araşdırır

Tarix: 21 Oct 2026 12:28

Avropa İnvestisiya Bankı (AİB) Azərbaycanda nəqliyyat bağlantıları sahəsində investisiya imkanlarını, o cümlədən Naxçıvan dəmir yolu layihəsini nəzərdən keçirir.

“APA-Economics” xəbər verir ki, bunu AİB Qrupunun Cənubi Qafqaz üzrə regional nümayəndəliyinin rəhbəri Stella Renita Azərbaycan–Avropa İttifaqı Biznes Forumunda keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, bank hazırda Azərbaycanda regional bağlantıların inkişafı ilə bağlı konkret layihələr üzrə investisiya imkanlarını qiymətləndirir.

“Hazırda Azərbaycanda bağlantılar sektorunda investisiya imkanlarını və Naxçıvan dəmir yolu kimi bir sıra konkret layihələri nəzərdən keçiririk”, – deyə S. Renita vurğulayıb.

O bildirib ki, AİB regional bağlantılara yalnız nəqliyyat infrastrukturu baxımından yanaşmır. Bank enerji və rəqəmsal bağlantılar sahəsində layihələri də araşdırır.

Bu istiqamətdə nəzərdən keçirilən təşəbbüslər arasında Qara dəniz rəqəmsal bağlantı layihəsi və Xəzər–Qara dəniz Yaşıl Enerji Dəhlizi də yer alır.

S. Renita əlavə edib ki, Yaşıl Enerji Dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırmasının təqdimatında AİB nümayəndələri də iştirak edəcəklər.

Rahim Tarıverdiyev AİB Azərbaycan Naxçıvan dəmir yolu

Mənbə: apa.az

Xəbər Lenti