“Səhər 9-da sağlam, saat 2-də isə xəstə": Vaxtında sığortalanmaq vacibdir

“Səhər 9-da sağlam, saat 2-də isə xəstə": Vaxtında sığortalanmaq vacibdir

Tarix: 21 Oct 2026 13:00

“Səhər 9-da sağlam, saat 2-də isə xəstə”

Bu sözləri Azərbaycandakı Britaniya-Azərbaycan Ticarət Palatası (BCCA) İcraçı Direktoru Zibər Hüseynova yayımlanan müsahibəsində bildirib. O üzləşdiyi sarkoma diaqnozu, vaxtında sığortalanmanın necə vacib olduğunu və korporativ dünyada işçi rifahının əsl dəyəri haqqında səmimi açıqlamalar verib.

Qeyd edək ki, Sarkoma dünyada nadir rast gəlinən xərçəng növlərindən biridir.

Xəstəliyə tutulduğu an Korporativ Həyat Sığortasına müqaviləsinin olmadığını bildirən Zibər xanım, bu çətin prosesdə sığortanın nə qədər həyati əhəmiyyət kəsb etdiyini öz şəxsi təcrübəsində anladığını vurğulayıb. Öz əməkdaşları üçün də bu məhsula qoşulduğunu bildirib.

Zibər Hüseynovanın səmimi tövsiyələrini, xərçənglə mübarizə təcrübəsini və Korporativ Həyat Sığortasının üstünlüklərini əks etdirən tam müsahibə rəsmi PAŞA Həyat-ın YouTube kanalında yayımlanıb.

Tam müsahibəyə baxmaq üçün: https://youtu.be/Ro6CpXx9E5s

Korporativ Həyat Sığortası haqqında ətraflı məlumat üçün 942 Qaynar Xətti ilə əlaqə saxlaya bilərsiniz.

APA-Economics PAŞA Həyat Sığorta

Mənbə: apa.az

Xəbər Lenti