Bakıda yaşayış binasında yanğın olub - YENİLƏNİB

Bakıda yaşayış binasında yanğın olub - YENİLƏNİB

Tarix: 21 Oct 2026 14:48

Bakı şəhəri, Xəzər rayonunda yanğın hadisəsi səbəbilə 1990-cı il təvəllüdlü şəxs (qadın) 21 oktyabr tarixində saat 02:30 radələrində Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

"Dəqiqləşdirilməmiş qazların, tüstülərin və buxarların toksik təsiri diaqnozu təyin olunan şəxsə zəruri tibbi xidmətlər göstərilib. Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.

Günay Elşən

***

09.15

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 60kv.m. olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 9kv.m. sahədə yanıb.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Emin Şirvanzadə FHN yanğın

Mənbə: apa.az

Xəbər Lenti