Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 02 Feb 2024 19:33
Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının Baş nazirliyə namizədi İrakli Kobaxidze hökumətin tərkibini parlamentə təqdim edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, hökumətin tərkibində yeganə dəyişiklik müdafiə naziri ilə bağlıdır.
Yeni tərkibdə müdafiə naziri Cuanşer Burçuladzeni parlamentin vitse-spikeri, Zuqdidi rayonu üzrə majoritar deputat İrakli Çikovani əvəz edəcək.
Digər nazirlər öz vəzifələrində qalacaqlar.
Xatırladaq ki, İrakli Kobaxidze fevralın 1-də “Gürcü Arzusu” partiyasının qurultayında Baş nazirliyə namizəd kimi təqdim edilib.
Gürcüstan parlamenti fevralın 8-də Baş naziri və hökumətin tərkibini təsdiqləyəcək.