İsveçrə səfiri: BMT-nin fəaliyyəti beynəlxalq əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır

İsveçrə səfiri: BMT-nin fəaliyyəti beynəlxalq əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır

Tarix: 21 Oct 2026 20:03

BMT-nin fəaliyyəti beynəlxalq əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır.

APA xəbər verir ki, bunu İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştehli Bakıda BMT-nin yaranmasının 81-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“BMT Günü təşkilatın təməlində dayanan prinsipləri – sülhü, insan hüquqlarını və beynəlxalq əməkdaşlığı xatırlamaq üçün fürsətdir. Bu prinsiplərin təzyiq altında olduğu bir dövrdə BMT-nin fəaliyyəti öz əhəmiyyətini qoruyur. Ölkələr arasında dialoq heç də həmişə asan olmur, lakin onu əvəz edə biləcək başqa bir vasitə yoxdur”, – diplomat vurğulayıb.

Ştehli qeyd edib ki, İsveçrənin Cenevrə şəhəri BMT-nin Avropa qərargahına və bir sıra mühüm beynəlxalq təşkilatlara ev sahibliyi edir. Burada hökumətlər, akademik dairələr, özəl sektor və vətəndaş cəmiyyəti qlobal problemləri müzakirə edir və onların həlli üçün praktiki yollar axtarır. O, həmçinin bildirib ki, BMT Gününün konsert proqramı vasitəsilə qeyd olunmasını sülhün, insan hüquqlarının və beynəlxalq əməkdaşlığın əhəmiyyətini xatırlatmaqla yanaşı, musiqi və mədəniyyətin müxtəlif mənşəli insanları bir araya gətirmək gücünü nümayiş etdirir. Onun sözlərinə görə, Azərbaycanın zəngin musiqi irsi bu tədbir üçün xüsusi məna daşıyır.

İlqar Xudiyev İsveçrə səfiri BMT əməkdaşlıq

Mənbə: apa.az

Xəbər Lenti