Fransada iğtişaşlardan sonra sahibkarlar özünümüdafiə üçün silah almağa başlayıblar

Fransada iğtişaşlardan sonra sahibkarlar özünümüdafiə üçün silah almağa başlayıblar

Tarix: 21 Oct 2026 23:56

Fransada kütləvi iğtişaşlar və talanlardan sonra mağaza sahibləri arasında özünümüdafiə vasitələrinə tələbat kəskin artıb.

“20 Minutes” nəşrinin məlumatına görə, oktyabrın 17-də ölkənin bir sıra şəhərlərində etiraz aksiyalarının iğtişaşlara çevrilməsindən sonra silah mağazaları sifarişlərin sayında ciddi artım qeydə alıblar.

Nəşr bildirir ki, sahibkarlar sosial şəbəkələrdə birləşərək obyektlərini mümkün hücumlardan qorumaq üçün təşəbbüs qrupları yaradırlar.

Atlantik Pireney departamentində sahibkarlardan biri “Qara sarğı” adlı birlik yaradaraq həmkarlarını oktyabrın 24-də mağazaların mühafizəsi üçün birgə fəaliyyətə çağırıb.

Fransanın iri şirkətləri, o cümlədən “Louis Vuitton” və “Hermès” isə artıq özəl mühafizə xidmətlərinə müraciət ediblər.

Milli Silah Satıcıları Assosiasiyasının rəhbəri İv Qoletti bildirib ki, silahlara tələbatın artması talanlardan zərər çəkmiş bütün şəhərlərdə müşahidə olunur.

Onun sözlərinə görə, yeni alıcılar əsasən biznes sahibləri və evlərinə hücum ediləcəyindən ehtiyatlanan şəxslərdir.

Lion, Tuluza, Bordo və Nitsa şəhərlərində rezin güllə atan tapançalara, bibər qazı balonlarına və teleskopik dəyənəklərə tələbat artıb.

Silah satıcıları sahibkarların narahatlığını anladıqlarını bildirsələr də, mümkün hüquqi nəticələrə görə onları silahdan istifadə etməməyə çağırırlar.

Fransa iğtişaşlar talanlar sahibkarlar silah satışı özünümüdafiə Louis Vuitton Hermès təhlükəsizlik

Mənbə: apa.az

Xəbər Lenti