Azərbaycanlıların ən çox getdiyi ölkələrdə mobil internet: nəyi bilmək lazımdır?

Azərbaycanlıların ən çox getdiyi ölkələrdə mobil internet: nəyi bilmək lazımdır?

Tarix: 27 Oct 2026 14:46

Türkiyə, Rusiya, Gürcüstan, Avropa: səfərdə internetlə bağlı əsas qaydalar

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında 1 milyon 384,5 min Azərbaycan vətəndaşı xaricə səfər edib. Səfərlərin 43,9 faizi Türkiyənin, 14,8 faizi Rusiyanın, 12,8 faizi isə Gürcüstanın payına düşüb. Bayramlar və Yeni il tətili ərəfəsində bu istiqamətlərdə mobil internetlə bağlı bilinməli məqamları təqdim edirik.

Türkiyə

Ən çox səfər edilən ölkədə internet üçün operatorun rouminq paketindən və ya səyahət eSIM-indən istifadə etmək olar. eSIM-i Türkiyəyə çatmazdan əvvəl, evdə quraşdırmaq daha rahatdır. Paketlər plana görə Vodafone və ya Türk Telekom şəbəkəsinə qoşulur. Seçimlərlə “LimitSim”də Türkiyə üçün eSIM paketləri səhifəsində tanış olmaq olar.

Rusiya

2025-ci ilin oktyabrından Rusiyada xarici SIM kartlarda və eSIM-lərdə şəbəkəyə ilk qoşulmadan sonrakı 24 saat ərzində mobil internet və SMS işləmir, zənglər isə mümkündür. Bu qayda həm Azərbaycan nömrələrinə rouminqdə, həm də səyahət eSIM-lərinə aiddir. Ona görə xəritələri, biletləri və rezervasiyaları telefona əvvəlcədən yükləmək məsləhətdir. Rusiya üçün eSIM alanlar da bu müddəti nəzərə almalıdır.

Gürcüstan

Gürcüstana səfərlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz artıb. Quru yolu ilə gedənlər eSIM xəttini sərhədi keçdikdən sonra telefonun ayarlarında aktiv edə bilərlər. Gürcüstan eSIM paketləri plana görə Cellfie, Silknet və ya Magti şəbəkəsinə qoşulur.

Avropa

Bu qış Şengen sərhədlərində Giriş/Çıxış Sistemi (EES) tam işlədiyi ilk mövsümdür. 2026-cı il aprelin 10-dan Aİ vətəndaşı olmayan qısamüddətli səyyahlardan sərhəddə barmaq izi və üz təsviri götürülür. Bir neçə Avropa ölkəsini gəzənlər isə hər ölkədə ayrıca SIM kart almaq əvəzinə bir regional Avropa eSIM-i ilə yola çıxa bilərlər.

Səfərdən əvvəl üç yoxlama

Telefonun eSIM dəstəyini yoxlayın: \*#06# yığdıqda ekranda 32 rəqəmli EID görünürsə, cihaz uyğundur. Modeli eSIM dəstəkləyən telefonlar siyahısında da tapmaq olar. eSIM-i evdə, Wi-Fi-a qoşulu halda quraşdırın və sonra silməyin: bəzi profilləri yenidən yükləmək mümkün olmur. Gözlənilməz xərcin qarşısını almaq üçün əsas SIM kartda data rouminqini söndürün. Azərbaycan nömrəsi telefonda aktiv qalacaq.

Mətndəki linklər — dərc zamanı aktiv və daimi saxlanmasını xahiş edirik

Söz

Link

“LimitSim”də Türkiyə üçün eSIM paketləri

https://limitsim.com/az/esim/turkey

Rusiya üçün eSIM

https://limitsim.com/az/esim/russian-federation

Gürcüstan eSIM paketləri

https://limitsim.com/az/esim/georgia

regional Avropa eSIM-i

https://limitsim.com/az/esim/region/europe

eSIM dəstəkləyən telefonlar siyahısında

https://limitsim.com/az/devices

APA-Economics Azərbaycanlılar ölkələr mobil internet IKT ​​​​​​​Türkiyə Rusiya Gürcüstan Avropa səfər

Mənbə: apa.az

Xəbər Lenti