Nazir: Türkmənistan süni intellektin tətbiqində məsuliyyətli yanaşmanı vacib hesab edir

Nazir: Türkmənistan süni intellektin tətbiqində məsuliyyətli yanaşmanı vacib hesab edir

Tarix: 27 Oct 2026 13:32

Süni intellektdən istifadə bütün dövlətlərin maraqları nəzərə alınmaqla həyata keçirilməlidir.

APA xəbər verir ki, bunu Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasında Türkmənistanın mədəniyyət naziri Qurbanmırat Mıradaliev deyib.

O bildirib ki, Türkmənistan süni intellekt və digər qabaqcıl texnologiyaların tətbiqində beynəlxalq hüquqa, etimada və bütün dövlətlərin maraqlarının nəzərə alınmasına əsaslanan məsuliyyətli yanaşmanı vacib hesab edir.

Nazir qeyd edib ki, Türkmənistan BMT, UNESCO, UNICEF, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional tərəfdaşlarla humanitar əməkdaşlığı inkişaf etdirir.

O vurğulayıb ki, mədəniyyətlərarası dialoq sülhün, həmrəyliyin və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üçün davamlı birgə fəaliyyət tələb edir.

Mənbə: apa.az

Xəbər Lenti