Çərşənbə axşamı, 27 Oktyabr, 2026
Tarix: 27 Oct 2026 13:42
Finlandiya prezidenti Aleksander Stubb və Norveç baş naziri Störe Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıblar.
APA-nın Moskva bürosu xəbər verir ki, Finlandiya prezident administrasiyasından verilən məlumata görə, telefon danışığına Avropa liderləri tərəfindən təşəbbüs göstərilib.
Stubb söhbəti "açıq və mənalı" adlandırıb, Störe isə avropalıların Ukrayna münaqişəsinin deeskalasiyasının vacibliyini vurğuladıqlarını bildirib.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Putinin Norveç və Finlandiya rəhbərləri ilə mümkün söhbətini nə təsdiqləyib, nə də təkzib edib.
Fərid ƏkbərovMənbə: apa.az