Çərşənbə, 15 Aprel, 2026
Tarix: 15 Apr 2026 17:06
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri xanım Rebekka Neffin və ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin Avropa və Avrasiya üzrə ölkə meneceri xanım Sara Leminqin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşüb.
"APA-Economics" xəbər verir ki, bu barədə M.Cabbarov öz "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və iqtisadi əlaqələrin gücləndirilməsi üçün yaranmış səmərəli mühiti vurğuladıq. Enerji dəhlizləri, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu", Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadi və kommersiya sütunları, eləcə də ölkəmizdə həyata keçirilən infrastruktur, nəqliyyat, rəqəmsallaşma, süni intellekt və digər prioritet sahələr üzrə layihələrdə ABŞ şirkətlərinin iştirak imkanları barədə müzakirələr apardıq", - deyə nazir bildirib.
Əşrəf Mehdiyev layihə şirkət süni intellekt nəqliyyat