Cümə, 17 Aprel, 2026
Tarix: 15 Apr 2026 17:54
Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və MOL Vector Ltd arasında Azərbaycan Respublikasının Şamaxı, Qobustan, Abşeron, Hacıqabul və Ağsu rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri barədə” qərar verib.
APA-nın xəbərinə görə, qərara əsasən, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və MOL Hungarian Oil and Gas Public Limited Company arasında Azərbaycan Respublikasının Şamaxı, Qobustan, Abşeron, Hacıqabul və Ağsu rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nin 5-ci əlavəsində qeyd olunmuş “Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri” təsdiqlənib.
Firuzə Vahid Nazirlər Kabineti hasilatın pay bölgüsü Azərbaycan öhdəliklər