Sabirabadda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Tarix: 16 Apr 2026 08:13

Sabirabadda avtomobilin vurduğu piyada ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirlib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında Sabirabad rayonunun Yaxa Dəllək kəndində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobil yolun kənarı ilə hərəkət edən Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini, 1983-cü il təvəllüdlü Əsədov Şamo Eyyub oğlunu vurub.

Piyada ağır kəllə-beyin travması ilə komatoz vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib. Piyada aldığı xəsarətlərdən səhər saatlarında ölüb.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı Sabirabad qəza

Xəbər Lenti