"Bitcoin"in qiyməti 75 min dolları ötüb

Tarix: 16 Apr 2026 09:40

Kriptovalyuta bazarında son sutkada əsas aktivlər üzrə artım müşahidə olunub.

“APA-Economics” CoinMarketCap platformasına istinadən xəbər verir ki, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 1,02% artaraq 2,54 trln. ABŞ dollarına çatıb.

Məlumata görə, bazarın aparıcı aktivi olan "Bitcoin"in qiyməti 24 saat ərzində 1,38% artaraq 75 066 ABŞ dolları olub. Həftəlik müqayisədə isə BTC-nin qiyməti 5,74% artıb.

İkinci ən böyük kriptovalyuta olan "Ethereum"un qiyməti sutka ərzində 1,52% artaraq 2 357 ABŞ dollarına yüksəlib. Son 7 gündə isə ETH üzrə artım 8,11% təşkil edib.

Digər əsas kriptovalyutalardan BNB 1,54% bahalaşaraq 624,41 dollar, "Bitcoin Cash" 2,19% bahalaşaraq 442,99 dollar, Aave isə 5,61% bahalaşaraq 106,45 dollar səviyyəsində qərarlaşıb.

Bununla yanaşı, bəzi aktivlərdə azalma qeydə alınıb. Belə ki, "Monero"nun qiyməti 0,34% azalaraq 341,97 dollar, "Zcash"ın qiyməti isə 3,13% azalaraq 341,74 dollar təşkil edib.

Qızıl əsaslı kriptovalyutalarda isə müsbət dinamika müşahidə olunub. PAX Gold 0,04% artaraq 4 821 dollar, Tether Gold isə 0,17% artaraq 4 811 dollar səviyyəsinə yüksəlib.

Analitiklərə görə, artım dinamikası iri investorların bazara geri qayıtması və qlobal risk iştahının artması ilə bağlıdır.

Rahim Tarıverdiyev Kriptovalyuta bitkoin bitcoin birja

Xəbər Lenti