Cümə axşamı, 16 Aprel, 2026
Tarix: 16 Apr 2026 09:23
Bu ilin ilk rübündə Azərbaycanın xarici ticarət dövriyyəsi 9,4 milyard ABŞ dolları təşkil edib.
"APA-Economics" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 22% azdır.
Bu dövr üzrə ixracın həcmi 15,6% azalaraq 5,4 milyard dollar təşkil edib. İdxal da 29,3% azalaraq 4 milyard dollara bərabər olub.
Ötən il xarici ticarətin müsbət saldosu 2 dəfəyə yaxın artaraq 1,39 milyard dollar təşkil edib.
Rahim Tarıverdiyev xarici ticarət dövriyyəsi idxal ixrac