Cümə axşamı, 16 Aprel, 2026
Tarix: 16 Apr 2026 08:53
Şamaxıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.
İlkin məlumata əsasən, kənd sakini 1987-ci il təvəllüdlü Əmirov Xanbaba Həmid oğlu dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
İlham Əhmədov