Naxçıvanda qaya uçqunu olub - FOTO - VİDEO

Naxçıvanda qaya uçqunu olub - FOTO - VİDEO

Tarix: 16 Apr 2026 09:33

Naxçıvan Muxtar Respublikası Ordubad rayonunda qaya uçqunu qeydə alınıb.

APA-nın yerli bürosu xəbər verir ki, intensiv yağışlar nəticəsində Pəzməri kənd avtomobil yolunun 24-cü kilometrliyində qaya parçaları yolun mərkəzi hissəsinə tökülüb.

Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb, nəticədə yolun müəyyən hissəsində gediş-gəliş məhdudlaşdırılıb. İlkin məlumata görə, qaya parçaları qaz xəttini də sıradan çıxarıb.

Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub. Hazırda qaya parçaları dağıdılaraq ərazidən yığışdırılır.

Ceyhun Məmmədov Naxçıvan qaya uçqun
Naxçıvanda qaya uçqunu olub - FOTO - VİDEO
Naxçıvanda qaya uçqunu olub - FOTO - VİDEO

Mənbə: apa.az

Xəbər Lenti