Mərkəzi Bank “Finoko” BOKT-u cərimələyib

Tarix: 16 Apr 2026 15:35

Mərkəzi Bank ləğv prossesində olan “Finoko” bank olmayan kredit təşkilatını (BOKT) inzibati məsuliyyətə cəlb edib.

“APA-Economics” bu barədə AMB-yə istinadən xəbər verir.

Belə ki, tənzimləyici tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulması səbəbi ilə “Finoko” BOKT ASC (ləğv prosesindədir) 2000 manat məbləğində cərimə edilib.

İlahə Səlimova "Finoko" BOKT cərimə Mərkəzi Bank

Xəbər Lenti