Azərbaycanda qeyri-rezidentlərin vergiyə cəlb edilməsi mexanizmi təkmilləşdirilir

Tarix: 16 Apr 2026 15:18

Azərbaycanda qeyri-rezident şəxslərin Azərbaycan mənbəli gəlirlər üzrə vergiyə cəlb edilməsinin daha effektiv mexanizmlər əsasında təşkili və bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi planlaşdırılır.

“APA-Economics” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2027–2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində bildirilib.

Qeyd edilib ki, bu çərçivədə rəqəmsal xidmətlər, elektron ticarət, beynəlxalq xidmət göstərilməsi və digər sərhədlərarası əməliyyatlar üzrə vergitutma qaydalarının dəqiqləşdirilməsi, vergi tutma mexanizmlərinin beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi və vergi bazasının qorunmasına xidmət edən yanaşmaların gücləndirilməsi nəzərdə tutulur.

İlahə Səlimova qeyri-rezident şəxslər vergi

Xəbər Lenti