Horadiz–Ağbənd dəmir yolu xəttində tikinti işləri 2028-ci ildə başa çatdırılacaq

Tarix: 16 Apr 2026 16:03

Zəngəzur dəhlizinin mühüm həlqəsi olan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisinin 75%-i tamamlanıb.

APA-nın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın 24-cü iclasında bildirib.

O qeyd edib ki, Horadiz–Ağbənd dəmir yolu xəttində tikinti işlərinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.

“Hazırda layihənin həyata keçirilmə səviyyəsi təxminən 75%-dir. Əsas tikinti işləri artıq yerinə yetirilib”, - Şahin Mustafayev əlavə edib.

İlqar Xudiyev Zəngəzur dəhlizi Şahin Mustafayev Horadiz–Ağbənd dəmir yolu xətti

Xəbər Lenti