Ötən il Rusiyadan Azərbaycana 500 mindən çox turist gəlib

Ötən il Rusiyadan Azərbaycana 500 mindən çox turist gəlib

Tarix: 16 Apr 2026 15:53

Ötən il Rusiyadan Azərbaycana 500 mindən çox turist gəlib.

APA-nın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın 24-cü iclasında deyib.

Baş nazirin müavini qeyd edib ki, 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında turist mübadiləsinin ümumi sayı 700 min nəfəri keçib.

“Rusiyadan Azərbaycana 500 mindən çox, Azərbaycandan Rusiyaya isə təxminən 200 min səfər reallaşıb”, - o qeyd edib.

İlqar Xudiyev turist turizm Overçuk

Mənbə: apa.az

Xəbər Lenti