Naxçıvan iqtisadiyyat nazirinə yeni müavin təyin edilib

Tarix: 16 Apr 2026 16:57

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinə yeni müavin təyin edilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müslüm Əli oğlu Cabbarzadə Naxçıvan iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Müslüm Cabbarzadə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb, rəis vəzifələrini icra edib.

Ceyhun Məmmədov Naxçıvan iqtisadiyyat naziri

Xəbər Lenti