Şahin Mustafayev: Gərginlik fonunda Şimal–Cənub dəhlizi əhəmiyyətini bir daha sübut edib

Tarix: 16 Apr 2026 18:38

“Son dövrlərdə regionda yaranan gərginlik fonunda Azərbaycan ərazisindən keçən Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi öz əhəmiyyətini bir daha sübut edib".

APA-nın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bildirib.

“Gərgin vəziyyətə baxmayaraq, dəhliz fasiləsiz fəaliyyət göstərdi və bütün vəzifələrini yerinə yetirdi”, – o deyib.

Şahin Mustafayev qeyd edib ki, bu, Azərbaycanın etibarlılığının göstəricisidir: “Bu kritik situasiyada ərazimizdən keçən dəhlizin dayanıqlılığı ölkəmizin etibarlılığını bir daha təsdiqlədi və bu, çox vacib idi”.

İlqar Xudiyev Şahin Mustafayev Şimal–Cənub dəhliz

Xəbər Lenti