Sabirabadda şagirdləri daşıyan mikroavtobus aşıb - FOTO - VİDEO

Tarix: 16 Apr 2026 18:51

Sabirabadda içərisində 20-yə yaxın şagird olan mikroavtobus aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Osmanlı kəndində baş verib.

https://t.me/lent_az/71439

Şirvandan hazırlıq kursundan şagirdləri evlərinə aparan "Mercedes" markalı mikroavtobusun qarşısına heyvan çıxması nəticəsində yoldan çıxaraq aşdığı bildirilir.

20-yə yaxın şagird avtomobildən çıxarılıb. Məlumata görə, ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı Sabirabad şagird mikroavtobus

Xəbər Lenti