Cümə, 17 Aprel, 2026
Tarix: 17 Apr 2026 09:29
Sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsi məqsədilə 18 aprel 2026-cı il tarixindən etibarən Kürdəmir dəmir yolu stansiyası sərnişinlərin istifadəsinə veriləcək.
"Azərbaycan Dəmir Yolları" QSC-dən "APA-Economics"ə verilən məlumata görə, Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.
Məlumata görə, bilet satışı 17 aprel tarixindən aparılır.
Qeyd edək ki, bu gün Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola düşüb.
Emil İsmayılov dəmir yolu qatarları qatar Kürdəmir ADY