Cümə, 17 Aprel, 2026
Tarix: 17 Apr 2026 09:28
Kriptovalyuta bazarında son sutkada əsas aktivlər üzrə qarışıq dinamika müşahidə olunub.
“APA-Economics” CoinMarketCap platformasına istinadən xəbər verir ki, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,1% artaraq 2,54 trln. ABŞ dollarına çatıb.
Məlumata görə, bazarın aparıcı aktivi olan Bitcoin (BTC)-in qiyməti son 24 saat ərzində 0,41% azalaraq 74 655 ABŞ dolları olub. Həftəlik müqayisədə isə BTC-nin qiyməti 3,64% artıb.
İkinci ən böyük kriptovalyuta olan Ethereum (ETH)-un qiyməti sutka ərzində 1,34% azalaraq 2 322 ABŞ dollarına düşüb. Son 7 gündə isə ETH üzrə 5,86% artım qeydə alınıb.
Digər əsas kriptovalyutalardan BNB son 24 saatda 0,77% bahalaşaraq 627,81 dollar, XRP isə 1,90% artaraq 1,42 dollar səviyyəsində qərarlaşıb. Həftəlik müqayisədə BNB 4,42%, XRP isə 6,27% bahalaşıb.
Bununla yanaşı, bazarda müsbət dinamika göstərən digər aktivlərdən Solana (SOL) son 24 saatda 2,79% artaraq 87,55 dollar, Dogecoin (DOGE) isə 0,76% bahalaşaraq 0,097 dollar səviyyəsində olub. Həftəlik müqayisədə SOL 5,19%, DOGE isə 4,76% artım nümayiş etdirib.
İlahə Səlimova bitcoin kriptovalyuta