ADY: Dərnəgül dayanacağı qısa zamanda istifadəyə veriləcək

Tarix: 17 Apr 2026 12:34

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu yaxınlarda Dərnəgül dayanacağını sərnişinlərin istifadəsinə verilməsi istiqamətində işləri başa çatdırır.

“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kürdəmir stansiyasının yenidən qurulmasından sonra sərnişinlərin istifadəsinə verilməsinə həsr olunmuş tədbir çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, qısa zamanda dayanacağın açılışı baş tutacaq.

Qeyd edək ki, Bakı–Xırdalan–Sumqayıt xətti üzərində yerləşən dayanacaq turniket binaları, yerüstü keçid və 4 platforma ilə tezliklə sərnişinlərin xidmətində olacaq.

Dərnəgül dayanacağı sayəsində şəhərdaxili mobillikdə dəmiryol xəritəsi genişlənəcək, Abşeron dairəvi marşrutu üzrə sərnişindaşıma xidməti daha da əlçatan olacaq.

Emil İsmayılov Dərnəgül dayanacağı

Xəbər Lenti