Departament rəisi: Hazırda dəmir yolları üçün maksimal sürət 140 km/saatdır

Tarix: 17 Apr 2026 12:26

Sərnişin məmnuniyyətinin artırılması vəmövcud infrastruktur üzrə maksimal sürət 140 km/saat müəyyən edilib və "Azərbaycan Dəmir Yolları" QSC-nin qatarları bu sürət çərçivəsində hərəkət edir.

“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kürdəmir stansiyasının yenidən qurulmasından sonra sərnişinlərin istifadəsinə verilməsi nə həsr olunmuş tədbir çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

"Hal-hazırda bu sürət bizim üçün maksimal hesab olunur və artırılma ilə bağlı hazırda hər hansı bir işlər aparılmır", - Azər Fərəcov qeyd edib.

Emil İsmayılov sürət həddi qatar dəmiryolu

Xəbər Lenti