Cümə, 17 Aprel, 2026
Tarix: 17 Apr 2026 18:09
2026-cı il üçün Həcc kvotası tamamlanıb.
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, 1150 nəfər Həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçib.
"Kvotanın tamamlanmasına baxmayaraq, müraciətlər davam edir. Amma yer bitib. Onlar yalnız gələn il müraciət edə bilərlər", - Vüsal Cahangiri bildirib.
O vurğulayıb ki, Həcc ziyarətinə qeydiyyatdan keçən ən yaşlı zəvvar 80, ən gənc zəvvar isə 10 yaşlıdır: "Yaşlı zəvvar qadındır, 10 yaşında isə bir qız, bir oğlan olmaqla iki zəvvar qeydiyyatdan keçib".
Qeyd edək ki, 180 nəfərdən ibarət ilk zəvvar qrupunun uçuşu 17 may tarixində olacaq.
Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.
Günay Elşən həcc ziyarət Məkkə Kəbə din İslam kvota qeydiyyat Azərbaycan Həcc missiyası Vüsal Cahangiri