MN-in Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib

Tarix: 18 Apr 2026 12:21

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, o, səhhətində yaranan vəziyyətlə əlaqədar öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb.

Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq “Qafqazinfo” yayıb.

Selcan Zaurqızı Müdafiə Nazirliyi

Xəbər Lenti