Bazar ertəsi, 20 Aprel, 2026
Tarix: 18 Apr 2026 12:06
Bakıda yeni doğulan körpənin beyninə qan sızıb.
APA-nın məlumatına görə, hadisə paytaxtda yerləşən "Ege Hospital"da baş verib.
Belə ki, Şamaxı rayonu Mərzəndiyə kənd sakini L. Mikayılovanın dünyaya gətirdiyi uşağın beyninə qan sızıb, nəticədə körpə 16 apreldə ölüb.
Faktla bağlı araşdırma aparılır.
Selcan Zaurqızı Hadisə körpə ölümü