Şəmkirdə məktəbdə yanğın olub, şagirdlər təxliyə edilib - YENİLƏNİB-1

Tarix: 18 Apr 2026 12:49

Şəmkir şəhəri Nəriman Nərimanov adına məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

"Şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Təhsil müəssisəsinin elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır", - məlumatda qeyd olunub.

Günay Elşən

***

11:19

Şəmkirdə məktəbdə baş verən yanğın dərs vaxtı olub.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın məktəbin informatika otağında baş verib.

Hadisə zamanı şagirdlər məktəb rəhbərliyi tərəfindən təxliyə edilib.

***

10:00

Şəmkirdə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayonda yerləşən Nəriman Nərimanov adına 2 mərtəbəli, ümumi sahəsi 900 kvadratmetr olan məktəbdə yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində məktəbin kompüter otağında 30-a yaxın kompüterin 7 ədədi yanıb.

Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb. Araşdırma aparılır.

Fuad Nazimoğlu Şəmkir məktəb yanğın

Xəbər Lenti