Bazar ertəsi, 20 Aprel, 2026
Tarix: 20 Apr 2026 12:59
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (13.04.2026 – 19.04.2026) məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 62 piyada əleyhinə mina, 17 tank əleyhinə mina, 460 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1455,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
ANAMA Mina
