Qubada avtomobil ağaca çırpılıb, 4 nəfər xəsarət alıb - FOTO

Tarix: 20 Apr 2026 18:39

Qubada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın bölgə müxbirinin məlumatına görə, hadisə Quba-Dəlləkli kənd yolunda qeydə alınıb. "Chevrolet" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal təcili tibbi yardım maşınları ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xanım Məmmədova

Quba yol qəzası

Xəbər Lenti