Çərşənbə axşamı, 21 Aprel, 2026
Tarix: 21 Apr 2026 09:01
Pirallahı rayonunda yol-nəqliyyat hadisəsi baş verib, piyada həyatını itirib.
APA-nın məlumatına görə, İntizar Umudovun idarə etdiyi “Mercedes” markalı avtomobil Pirallahı–Qala yolunun Dübəndi bağ massivində hərəkətdə olarkən piyada keçidindən keçən 1968-ci il təvəllüdlü Aləddin Salmanovu vurub.
Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Emin Şirvanzadə Pirallahı yol qəzası piyada