Çərşənbə axşamı, 21 Aprel, 2026
Tarix: 21 Apr 2026 12:10
Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərdən biri ölüb.
APA-nın bölgə müxbirinin məlumatına görə, qəza nəticəsində xəsarət alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 1985-ci il təvəllüdlü Vüqar Zərbalıyev bu gün səhər saatlarında Reanimasiya şöbəsində vəfat edib.
Hadisə nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 3 nəfərin müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
08.31
Aprelin 20-də Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (kişi) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. TƏBİB-dən APA-ya verilən məlumata görə, zərərçəkənlərə bazu sümüyünün və bədənin müxtəlif nahiyələrinin sınığı, qapalı kəllə-beyin travması, başın tüklü hissəsinin sıyrılmış yarası, döş qəfəsinin küt travması, koma vəziyyəti, bədənin müxtəlif nahiyələrinin diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
1965-ci il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində, 1980 və 1983-cü il təvəllüdlü şəxslərin müalicələri Travmatologiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
Daha bir nəfər, vəziyyəti ağır qiymətləndirilən 1985-ci il təvəllüdlü şəxsin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir.
*** 18:39 Qubada yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın bölgə müxbirinin məlumatına görə, hadisə Quba-Dəlləkli kənd yolunda qeydə alınıb. "Chevrolet" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal təcili tibbi yardım maşınları ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Xanım Məmmədova
Quba yol qəzası