FHN Salyanda “ASAN Xidmət” Mərkəzində mülki müdafiə məşqi keçirib - VİDEO

Tarix: 22 Apr 2026 11:35

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Salyan regional “ASAN Xidmət” Mərkəzində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirib.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məşqə FHN-in Muğan Regional Mərkəzinin, Salyan rayon Yanğından Mühafizə Hissəsinin, Salyan regional “ASAN Xidmət” Mərkəzinin və TƏBİB-in tabeliyində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Salyan rayon stansiyasının müvafiq qüvvələri cəlb olunub.

Mülki müdafiə məşqinin keçirilməsində məqsəd müəssisə əməkdaşlarının mülki müdafiə sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi və bu sahədə onlara əməli vərdişlərin aşılanması olub.

Tədbir zamanı müəssisənin müvafiq heyətinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyəti yoxlanılıb.

Uğurla keçirilmiş məşqdə funksional vəzifələrlə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.

Emin Şirvanzadə FHN təlim ASAN xidmət

Xəbər Lenti